Работник Министерства Здоровья Ирана заявил, что в этой стране в последнее время широко распростра...
Ни для кого не секрет, что Иранские власти используют святые исламские ценности для своих личных ц...
Председатель Совета по Определению Целесообразности Принимаемых Решений (СОЦПР) Акбар Хашими Рафсанд...
Министр Информации и Безопасности Ирана Гейдар Мослехи заявил, что арестованы лидеры контрабандист...
26-го апреля посол Ирана в России Махмуд Рза Саджади намекнул на высокую вероятность принятия допо...
Сейчас 13 гостей и ни одного зарегистрированного на сайте
İran mətbuatının verdiyi məlumata əsasən noyabrın 29-da səhər saatlarında Tehran universitetinin 2 alimi ayrı-ayrılıqda terror hücumuna məruz qalıb. Hadisə nəticəsində “Milli Universiteti”-nin (Şəhid Beheşti) alimi Məcid Şəhriyari həyatını itirib və həmin universitetin digər alimi Feridun Əbbasi hadisədə ağır yaralanıb. İran dövlət radiosunun verdiyi məlumata əsasən hadisə Tehranda alimlərin şəxsi avtomobillərinin partladılması nəticəsində baş verib.
İRNA agentliyi İran Nüvə Mərkəzinin rəisi Əli Əkbər Salehiyə istinadən verdiyi məlumatda bildirir ki, bu iki alim neçə illərdir ki, onun rəhbərlik etdiyi mərkəzlə sıx əməkdaşlıq edir. Salehi bildirib ki, Şəhriyari onun tələbəsi olub və İran nüvə mərkəzinin böyük layihələrindən birinin icraçısı idi. Salehi xəstəxanada Əbbasini ziyarət edib.
Xəbərlərə görə bu alimlər öz şəxsi avtomobilləri ilə evlərindən iş yerlərinə gedərkən motosikletlə yaxınlaşan terrorçu maqnitlə yapışa biləcək partlayıcını onların avtomobillərinə yapışdırıb və təcili oradan uzaqlaşıb. Bir neçə saniyə sonar partlayıcılar işə düşüb. Bu iki hadisə Tehranın ayrı-ayrı məntəqələrində baş verib. Nəticədə Məcid Şəhriyari həyatını itirib, onun həyat yoldaşı və sürücüsü isə yaralanıb. Digər hadisə zamanı isə Dr. Əbbasi partlayıcı maddənin avtomobilə yapışdırılmasından şübhələnərək avtomobilini tərk edib və həyat yoldaşını da endirib uzaqlaşmağa çalışıb. Lakin onlar avtomobillərindən təxminən iki metr uzaqlaşmadan partlayıcı maddə işə düşüb o və həyat yoldaşı yaralanıb.
İran prezidenti Mamud Əhmədinejad bu hadisəni pisləyərək bildirib ki, Qərb və İsrail bu terroru gerçəkləşdiribdir. İran parlamenti də hadisəyə münasibət bildirib. Millət vəkilləri Qərbin İrana qarşı bütün senarilərinin iflasa uğradığını iddia ediblər və bu terror hadisəsini alimlərin fiziki aradan qaldırılması siyasəti kimi dəyərləndiriblər.
Hələ ki, heç bir qurum və ya şəxs bu hadisəni öz üzərinə almayıb. Amma İran rəsmiləri və mətbuatı İİR-nin düşmənlərini bu hadisələrdə günahlandırırlar. Bu arada ILNA agentliyinin verdiyi məlumata əsasən Prezident Əhmədinejad Mazandaran vilayətinin mərkəzi Sari şəhərində şəhid ailələrinə çıxış edən zaman bildirib ki, “əgər bizim alimlərə qarşı bir daha belə hücumlar baş versə Təhlükəsizlik Şurasının üzvlərini mühakimə edəcəyik və cəzalandıracayıq”. Əhmədinejad bildirib ki, “onlar fitnəkarlıq dalınca gedir. Elə bilirlər ki, bizim alimlərimizi bizdən almaqla İran xalqının inkişafını dayandıracaqlar. Amma onlar yalnış fikirləşiblər.” O daha sonra bildirb ki, bu cinayətlər təhlükəsizlik şurasının üzvlərinin hesabına yazırıq. “Onlar bizim alimlərin adın qətnamələrdə yazmaqla onların təhlükəsizliyinə zərbə vurur.” Əhmədinejad BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərini Siyonizmlə əməkdaşlıqda da ittiham edib .