Rusiyanın Baş naziri Dmitri Medvedev 17 Mayda Sankt-Petersburqda “21-ci Əsrdə hüquq siyasəti: Qlobal...
Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsə...
İranın Səhiyyə Nazirliyinin yetkilisi bildirib ki, Tehran şəhərində spirtli içkilərin istifadəsi g...
Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə 6 Mayda keçirilən parlament seçkilərinin rəsmi ...
İranda mövcud rejimin məsullarının müqəddəs İslam dininin adından öz şəxsi mənfəətləri üçün və çir...
İndi saytda 18 qonaq var və üzv yoxdur

BAEA yetkililəri bildirib ki, qurumun İrana səfər edən nümayəndə heyəti heç bir nəticə əldə etmədən geri dönüb. Qurumun bəyanatında bildirilir ki, İran rəsmiləri nümayəndə heyətinə Tehranın şərqində yerləşən Parçin təsisatını yoxlamaq icazəsi verməyib. Bəyanatda bu məsələ təəssüfedici hal kimi vurğulanıb. Qeyd edəık ki, daha əvvəl qurum və İran tərəfi arasında gedən müzakirələrdə Parçin hərbi məntəqəsinə baxış keçirmək icazəsi alınsa da, İran rəsmiləri bu yoxlamanın baş tutmasına mane olublar. Məlumatda bildirilir ki, bu hərbi məntəqədə güclü partlayışlar olub və bu partlayışların nüvə partlayışı olduğu şübhəsi yaranıb.
Qeyd edək ki BAEA-nin nümayəndə heyəti iki gün müddətinə İranda səfərdə olub. Onlar bir sıra iranlı nüvə mütəxəssisləri ilə müzakirələr aparıblar. 21 fevralda başa çatan səfərdə nümayəndə heyətinə Herman Nakarts başçılıq edib. Bu son bir ayda BAEA nümayəndələrinin İrana ikinci səfəridir. Hər iki səfərin nəticələri hələlik İran üçün ürək açan olmayıb.
İran isə son günlərdə müzakirələrin başlanmasına hazır olduğunu bildirib. İranın Xarici İşlər naziri Əli Əkbər Salehi bildirib ki, İran mövcud böhranın həlli üçün variantlar axtarır və bu səbəbdən müzakirələrin vacib olduğunu bəyan edib. Qərb ölkələri və İsrail İranın nüvə fəaliyyətinin sülhməramlı olmamasından ehtiyatlanaraq bu ölkədən nüvəni zənginləşdirməyi dayandırmağı tələb edirlər. Lakin İran nüvə proqramının sülhməqsədli olduğunu bildirərək uranı zənginləşdirməyi öz qanuni haqqı hesab edərək bu işə davam edir.