Medvedevdən nüvə müharibəsi təhdidi

Rusiyanın Baş naziri Dmitri Medvedev 17 Mayda Sankt-Petersburqda “21-ci Əsrdə hüquq siyasəti: Qlobal...

İran müsəlman qonşularından nə istəyir

Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsə...

İranda əxlaqi dəyərlər sarsılır

İranın Səhiyyə Nazirliyinin yetkilisi bildirib ki, Tehran şəhərində spirtli içkilərin istifadəsi g...

Emənistanda parlamentinin strukturu bəlli oldu

    Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə 6 Mayda keçirilən  parlament seçkilərinin rəsmi ...

İranda hakimiyyət pilləsində yüksəlməyin tək yolu

İranda mövcud rejimin məsullarının müqəddəs İslam dininin adından öz şəxsi mənfəətləri üçün və çir...

  • Medvedevdən nüvə müharibəsi təhdidi

    18.05.2012 14:48
  • İran müsəlman qonşularından nə istəyir

    17.05.2012 13:50
  • İranda əxlaqi dəyərlər sarsılır

    15.05.2012 16:41
  • Emənistanda parlamentinin strukturu bəlli oldu

    14.05.2012 20:08
  • İranda hakimiyyət pilləsində yüksəlməyin tək yolu

    11.05.2012 18:40

Sorğu

Sizcə Yaxın Şərqdəki proseslər İrana necə təsir edəcək?

İranda da rejim dəyişəcək - 30%
İran sadəcə Əhmədinejaddan xilas olacaq - 10%
İrana təsiri olmayacaq - 10%
İranda rejim dəyişikliyindən də böyük proseslərə səbəb olacaq - 50%

Total votes: 10
The voting for this poll has ended on: 12 Okt 2011 - 09:59

Statistika

Ziyarətçilər
1
Məqalələr
1134
Məqalələrə baxış sayı
470670

Onlayn olanlar

İndi saytda 16 qonaq var və üzv yoxdur

Ukrayna Rus hərbi bazasına yeni vergilər tətbiq etmək istəyir

Rusiyanın “Komersant” qəzetinin verdiyi məlumata görə, rəsmi Kiyev Sevastapoldakı Rus hərbi bazasına yeni vergilər tətbiq etmək niyətindədir. Bu məsələ Ukrayna və Rusiya xarici işlər nazirləri Konstantin Qrişenko ilə Sergey Lavrov arasında 14 fevralda baş tutan Nijni Novqorod görüşündə gündəmə gəlib. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr edilmiş görüşdə Ukrayna tərəfi Rusiyadan Sevastopolda birbaşa təyinatı üzərə istifadə edilməyən obyekləri geri qaytarmasını vəya yeni vergi ödənməsini tələb edib. Bundan əlavə, rəsmi Kiyev Sevastopoldakı Rus hərbi dəniz bazasının ehtiyacları üçün gətirilən malların bir hissəsinə də vergi tətbiq etməyə hazırlaşır. 

Xatırladaq ki, 2011-ci ilin iyun ayında da Sevastapol meriyası rəhbərliyi sosial ehtiyacları üçün Rusiyadan əlavə pul alacaqlarını bildirmişdilər. Şəhər rəsmiləri bu niyyətlərini Rusiyanın Qaradəniz Donamasının zabitlərinin təqaüdə çıxdıqdan sonra da Sevastapolda qalaraq buradakı sosial imkanlardan faydalanması ilə izah etmişdilər. Keçən ilin dekabrında isə şəhər meriyası 2013-cü ildən Rusiyadan bazanın qalması əvəzində kompensasiya mahiyətində 200 milyon qrivna yəni təxminən 19580000 manat   (2011-ci ildə bu rəqəm 117 milyon qrivna idi) alacaqlarını açıqlamışdı.

Qrişenko Rus həmkarı ilə Ukrayan pendrinin Rusiyaya ixracındakı məhdudiyyətləri də gündəmə gətirib. Hətta bu çərçivədə qadağalara məruz qalan Ukrayna zavodlarının direktorları da Nijni Novqoroda gələsə də, Rus nazir “bu məsələnin peşekarlar tərəfindən müzakirə edilə biləcəyini vurğulayaraq” müzakirədən imtina edib. Ukraynanın Xarici işlər Naziri isə Rusiyanı problem çıxarmamağa çağırıb. İki nazir qaz məsələsini də müzakirə ediblər. Lavrov bu barədə razılaşmanın qısa müddətdə imzalanacağını bildirib.

Rusiya və Ukrayna  arasındakı münaqişəli məsələlərin iki ölkə prezidentlərinin görüşündə həlli gözlənilir. Belə ki, iki ölkə liderinin yaxın aylarda dəniz sərhədlərinə dair müqavilənin imzalanma mərasimində iştirakı nəzərdə tutulur. Bu hadisə ilə əlaqədar olaraq Qrişenko prezident Viktor Yanukoviçin yeni Rusya prezidentini Ukraynaya dəvət məktubunu Rus həmkarına çatdırıb.     

Yanukoviç prezident olduqdan sonra  Ukraynanın Rusiya ilə münasibətlərində yaxşılaşma baş versə də, hazırkı proseslər iki ölkə arasında xüsusən hərbi baza, enerji və ticarət sahəsindəki problemlərin hələ də davam etdiyini göstərir. Bunda həm Ukraynadakı həssas daxili güc tarazlğının, həm də Rusiyanın Ukraynaya baxışındakı imperial yanaşmanın xüsusi təsiri var. Belə ki, Yanukoviçin Rusiya ilə yaxınlaşma cəhdləri xüsusən Ukraynanın qərb və müəyyən mənada da mərkəz bölgəsində xalq arasında narazılıq yaradır. Rusiyanın Ukraynaya dair maksimalist amacları isə Yanukoviçin bu istiqamətdəki işini daha da çətinləşdirir.