Medvedevdən nüvə müharibəsi təhdidi

Rusiyanın Baş naziri Dmitri Medvedev 17 Mayda Sankt-Petersburqda “21-ci Əsrdə hüquq siyasəti: Qlobal...

İran müsəlman qonşularından nə istəyir

Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsə...

İranda əxlaqi dəyərlər sarsılır

İranın Səhiyyə Nazirliyinin yetkilisi bildirib ki, Tehran şəhərində spirtli içkilərin istifadəsi g...

Emənistanda parlamentinin strukturu bəlli oldu

    Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə 6 Mayda keçirilən  parlament seçkilərinin rəsmi ...

İranda hakimiyyət pilləsində yüksəlməyin tək yolu

İranda mövcud rejimin məsullarının müqəddəs İslam dininin adından öz şəxsi mənfəətləri üçün və çir...

  • Medvedevdən nüvə müharibəsi təhdidi

    18.05.2012 14:48
  • İran müsəlman qonşularından nə istəyir

    17.05.2012 13:50
  • İranda əxlaqi dəyərlər sarsılır

    15.05.2012 16:41
  • Emənistanda parlamentinin strukturu bəlli oldu

    14.05.2012 20:08
  • İranda hakimiyyət pilləsində yüksəlməyin tək yolu

    11.05.2012 18:40

Sorğu

Sizcə Yaxın Şərqdəki proseslər İrana necə təsir edəcək?

İranda da rejim dəyişəcək - 30%
İran sadəcə Əhmədinejaddan xilas olacaq - 10%
İrana təsiri olmayacaq - 10%
İranda rejim dəyişikliyindən də böyük proseslərə səbəb olacaq - 50%

Total votes: 10
The voting for this poll has ended on: 12 Okt 2011 - 09:59

Statistika

Ziyarətçilər
1
Məqalələr
1134
Məqalələrə baxış sayı
470665

Onlayn olanlar

İndi saytda 16 qonaq var və üzv yoxdur

Musəvinin qızlarına qarşı təzyiqlər artıb

İran müxalifətinin verdiyi məlumata görə, bu ölkənin təhlükəsizlik qüvvələri  “Yaşıl hərəkat”ın lideri, hazırda həyat yoldaşı ilə birlikdə ev dustağı olan Mirhüseyn Musəvinin qızlarını həbs etməklə hədələyib. Fevralin 9-da “Kəlmə” saytinin verdiyi məlumatda bildirirlir ki, İranın təhlükəsizlik qüvvələrinin əməkdaşları bu barədə Müsəvinin qızlarını xəbərdar edib.  Bir neçə gün əvvəl Müsəvi və digər ev dustaqlarından biri - Kərrubinin ailə üzvləri “25 bəhmən” hadisələrinin ildönümü münasibətilə bəyanat yaymış və bu bəyanatda siyasi məhbusların azadlığa buraxılması tələb edilmışdi. Saytın verdiyi məlumatda o da vurğulanır ki, Musəvinin qızlarına qarşı təzyiqlərə səbəb məhz bu bəyanatlardır. 

Qeyd edək ki, Musəvinin qızları bundan əvvəl də hədə-qorxu dolu ismarışlar alıb. Təhlükəsizlik qüvvələri onları hədələyərək sakit dayanmalarını tələb edir. Onları əsasən həbs edib naməlum yerə aparmaqla, işdən qovmaqla və fiziki xəsarət yetirməklə hədələyirlər. Son bir ildə Musəvi və Kərrubinin ailələri ilə yanaşı, digər siyasi məhbusların ailələrinə qarşı da təzyiqlər artıb. Onların ailə üzvləri tez-tez həbs edilir və ya müvəqqəti olaraq saxlanılır, ölkəni tərk etmələrinə qadağa qoyulur və ya heç bir səbəb göstərmədən işdən azad edilirlər.

Bu çərçivədə keçmiş prezident və İranda müxtəlif dairələrdə böyük nüfuza malik olan Haşimi Rəfsəncaninin də ailə üzvlərinə qarşı təzyiqlər artıb. Onun bir oğlu barəsində məhkəmə qərarı olduğundan ölkəyə qayıda bilmir, sabiq prezidentin qızı isə dəfələrlə saxlanılıb. Hətta fanatik “bəsicilər” xanım Faizə Haşiminin qarşısını kəsərək özünü və ailəsini təhqir edib.

Ümumilikdə, İranda müxalif düşüncəli insanları bütün vasitələrdən istifadə edərək susdurmağa çalışırlar. İran islam dininin dəyərlərinə zidd olaraq müxaliflərin ailə üzvlərinə, hətta qadın və uşaqlara qarşı təzyiq və təhqirlərlə müşayət olunan dözümsüzlük nümayiş etdirməklə əslində öz mahiyyətini açıqca göstərir. Xatırladaq ki, təzyiqlərə məruz qalan indiki müxaliflər də vaxtilə hakimiyyətdə olduqları müddətdə öz müxaliflərinə qarşı daha da amansız davranışlarla fərqləniblər.