Medvedevdən nüvə müharibəsi təhdidi

Rusiyanın Baş naziri Dmitri Medvedev 17 Mayda Sankt-Petersburqda “21-ci Əsrdə hüquq siyasəti: Qlobal...

İran müsəlman qonşularından nə istəyir

Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsə...

İranda əxlaqi dəyərlər sarsılır

İranın Səhiyyə Nazirliyinin yetkilisi bildirib ki, Tehran şəhərində spirtli içkilərin istifadəsi g...

Emənistanda parlamentinin strukturu bəlli oldu

    Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə 6 Mayda keçirilən  parlament seçkilərinin rəsmi ...

İranda hakimiyyət pilləsində yüksəlməyin tək yolu

İranda mövcud rejimin məsullarının müqəddəs İslam dininin adından öz şəxsi mənfəətləri üçün və çir...

  • Medvedevdən nüvə müharibəsi təhdidi

    18.05.2012 14:48
  • İran müsəlman qonşularından nə istəyir

    17.05.2012 13:50
  • İranda əxlaqi dəyərlər sarsılır

    15.05.2012 16:41
  • Emənistanda parlamentinin strukturu bəlli oldu

    14.05.2012 20:08
  • İranda hakimiyyət pilləsində yüksəlməyin tək yolu

    11.05.2012 18:40

Sorğu

Sizcə Yaxın Şərqdəki proseslər İrana necə təsir edəcək?

İranda da rejim dəyişəcək - 30%
İran sadəcə Əhmədinejaddan xilas olacaq - 10%
İrana təsiri olmayacaq - 10%
İranda rejim dəyişikliyindən də böyük proseslərə səbəb olacaq - 50%

Total votes: 10
The voting for this poll has ended on: 12 Okt 2011 - 09:59

Statistika

Ziyarətçilər
1
Məqalələr
1134
Məqalələrə baxış sayı
470664

Onlayn olanlar

İndi saytda 16 qonaq var və üzv yoxdur

Nəsrullah: “İran Hizbullaha daim və hərtərəfli yardım edib”

Livandakı “Hizbullah” təşkilatının lideri Şeyx Həsən Nəsrullah tərəfdarlarına səsləndiyi videoyazıda İranın bu quruma hərtərəfli dəstək verdiyini bildirib. Onun sözlərinə görə, İran rəsmiləri bu qrupa siyasi, maddi və mənəvi dəstək verməklə yanaşı, beynəlxalq aləmdə də onun mövqelərini dəstəkləyir. O, əlavə edib ki, indiyə qədər İrandan lazım olan bütün yardımları alıblar.  

İran rəsmiləri isə indiyə qədər bildirmişlər ki, “Hizbullah”a yalnız mənəvi və siyasi yardım edirlər. Lakin Şeyx Həsən Nəsrullahın bəyanatı ilk dəfə olaraq İranın “Hizbullah”a hərtərəfli yardım etməsinin etirafı kimi dəyərləndirilib.

Livandakı “Hizbullah” qrupu hərbi və siyasi bir təşkilatdır. Bu təşkilat İrandakı islam inqilabından sonra 1980-cı illərin əvvəllərində İran dini rəhbəri ayətullah Xomeyninin “siyasi İslam” ideyaları əsasında yaradılmışdır. Livandakı vətəndaş müharibəsi zamanı SEPAH (İranın İslam İnqilabının Mühafizəçiləri Korpusu) tərəfindən “Hizbullah”a təlimlər verilmiş və bu təşkilat İİR-nin maliyyə və siyasi yardımları ilə gücləndirilmişdir. “Hizbullah”ın yaranmasında 3 əsas hədəf var idi: Livanda Qərb və imperializmin izlərini məhv etmək, Livan Falanjları ilə mübarizə və Livanda islam hakimiyyəti yaratmaq. Qərb ölkələrinin bir çoxu haqlı olaraq “Hizbullah”ı terror təşkilatları siyahısına yerləşdiriblər.

İran “Hizbullah”a daim yardım edib. İranda “Şəhidlər fondu” bu qrupun yarandığı gündən ona maddi və mənəvi baxımdan yardım göstərib. 2006-2010-ci illər arasında İran Livanın muharibə nəticəsində dağıdılmış yerlərinin bərpasına 1 milyard dollardan çox yardım göndərib. Bu yardımlar da məhz “Hizbullah” vasitəsi ilə xərclənib.

Göründüyü kimi İran nə qədər təkzib etsə də, ölkə ətrafında vəziyyətin gərginləşməsi bu dövlətə bağlı olan silahlı quruplaşmaları etiraf etməyə məcbur etmişdir. Nəsrullahın bu etirafı məqsədyönlü şəkildi və ya bilmədən etdiyini isə özündən başqa çox az sayda qüvvələr bilir.