Medvedevdən nüvə müharibəsi təhdidi

Rusiyanın Baş naziri Dmitri Medvedev 17 Mayda Sankt-Petersburqda “21-ci Əsrdə hüquq siyasəti: Qlobal...

İran müsəlman qonşularından nə istəyir

Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsə...

İranda əxlaqi dəyərlər sarsılır

İranın Səhiyyə Nazirliyinin yetkilisi bildirib ki, Tehran şəhərində spirtli içkilərin istifadəsi g...

Emənistanda parlamentinin strukturu bəlli oldu

    Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə 6 Mayda keçirilən  parlament seçkilərinin rəsmi ...

İranda hakimiyyət pilləsində yüksəlməyin tək yolu

İranda mövcud rejimin məsullarının müqəddəs İslam dininin adından öz şəxsi mənfəətləri üçün və çir...

  • Medvedevdən nüvə müharibəsi təhdidi

    18.05.2012 14:48
  • İran müsəlman qonşularından nə istəyir

    17.05.2012 13:50
  • İranda əxlaqi dəyərlər sarsılır

    15.05.2012 16:41
  • Emənistanda parlamentinin strukturu bəlli oldu

    14.05.2012 20:08
  • İranda hakimiyyət pilləsində yüksəlməyin tək yolu

    11.05.2012 18:40

Sorğu

Sizcə Yaxın Şərqdəki proseslər İrana necə təsir edəcək?

İranda da rejim dəyişəcək - 30%
İran sadəcə Əhmədinejaddan xilas olacaq - 10%
İrana təsiri olmayacaq - 10%
İranda rejim dəyişikliyindən də böyük proseslərə səbəb olacaq - 50%

Total votes: 10
The voting for this poll has ended on: 12 Okt 2011 - 09:59

Statistika

Ziyarətçilər
1
Məqalələr
1134
Məqalələrə baxış sayı
470663

Onlayn olanlar

İndi saytda 16 qonaq var və üzv yoxdur

İranın ətrafındakı həlqə daralır

“Reuters” agentliyinin verdiyi məlumata əsasən, İran və Çin arasında 3 aylıq fikir ayrılığından sonra Çin şirkətləri bu ölkədən xam neft idxalını azaltmağa qərar verib. Məlumata görə, Çin şirkətləri mart ayından etibarən İrandan neft idxalını 50 % azaldacaqlar. Çin şirkətlərinin bu qərarı İrana təzyiqlərin daha da güclənməsi mənasını daşıyır. Qeyd edək ki, Çin İran neftinin əsas alıcılarından biri hesab olunur. Çin şirkətlərinin bu addımı İranın xam neftini daha ucuz qiymətə və münasib şərtlərlə almaq məqsədi daşıyır. Xatırladaq ki, ötən həftə Almaniyanın Baş naziri Angela Merkel Çinə səfəri zamanı bu ölkə yetkililərini İrandan neft idxalını azaltmağa və başqa ölkələrdən neft ehtiyaclarını əldə etməyə çağırmışdı.

Bir başqa xəbərdə isə ABŞ prezidenti Barak Obamanın İrana qarşı yeni maliyyə sanksiyalarına qərar verdiyi bildirilir. Barak Obama ABŞ konqresinə yazdığı məktubda da İran Mərkəzi Bankının maliyyə fırıldaqlarına və gizli hesablarına işarə edərək bildirib ki, İranın maliyyə fəaliyyəti beynəlxalq maliyyə bazarları üçün təhlükə yaratdığından daha geniş miqyaslı sanksiyaların icra edilməsi vacib və zəruridir.

Digər tərəfdən, BAEA-dakı diplomatik mənbələrin verdiyi məlumatda bildirilir ki, İranın  yeraltı Fərdu Nüvə Təsisatlarında uranı zənginləşdirmək fəaliyyətləri genişləndirilib. Ötən il İran Nüvə Agentliyi Fərdu təsisatında uranı 20% zənginləşdirməyə başlayacağı haqda məlumat vermişdi.  BAEA-nin rəsmiləri əvvəllər də bildirmişlər ki, İran bu təsisatda 348 sentrifuqa aparatı yerləşdirib. Bu sentrifuqalar iki sırada hər biri 174 ədəddən ibarət idi. Lakin indi İran bu sıraları iki qat artırarıb. Beləliklə, İranın bu təsisatda fəaliyyəti iki dəfə artıb. Yeni quraşdırılan sentrifuqlar fəaliyətə başlayıb və hal- hazırda uranı 20 faiz  zənginləşdirməyi davam etdirir.

İran nüvəni 20% zənginləşdirməyi Fərdu təsisatına nəql edəndən sonra bu ölkənin nüvə fəaliyyəti ilə bağlı beynəlxalq narahatçılıqlar artmağa başlamışdır. Mütəxəssislərin bildirdiyinə görə, uranın 20% zənginləşdirilmişi ikili məqsədlərlə istifadə oluna bilər. Bununla nüvə silahı da əldə etmək mümkündür. Lakin İran bütün ittihamları təkzib edərək bu prosesi yalnız sülhməramlı məqsədlərlə istifadə edəcəyini bildirir. Xatırladaq ki, əvvəllər Fərdu təsisatı beynəlxalq təşkilatlardan gizlədilirdi. Lakin Qərb kəşfiyyatı bu təsisatın yerini və məqsədini açıqlayandan sonra İran belə bir təsisatın varlığı barədə məlumat vermişdi.