Rusiyanın Baş naziri Dmitri Medvedev 17 Mayda Sankt-Petersburqda “21-ci Əsrdə hüquq siyasəti: Qlobal...
Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsə...
İranın Səhiyyə Nazirliyinin yetkilisi bildirib ki, Tehran şəhərində spirtli içkilərin istifadəsi g...
Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə 6 Mayda keçirilən parlament seçkilərinin rəsmi ...
İranda mövcud rejimin məsullarının müqəddəs İslam dininin adından öz şəxsi mənfəətləri üçün və çir...
İndi saytda 15 qonaq var və üzv yoxdur

İranın nüvə proqramı ətrafında yaranan gərginlik addım-addım müharibəyə doğru edir. Bir yandan İsrail və ABŞ, digər tərəfdən İran rəsmilərinin son bəyanatları məhz bu xarakterdədir. Gərginliyin müharibəyə doğru getməsi həm nüvə probleminin İranın nüvə silahına sahib olması istiqamətində getməsi, həm də İrana tətbiq olunan sanksiyalara bu ölkənin reaksiyası ilə bağlıdır. Yeri gəlmişkən tətbiq olunan sanksiyaların çərçivəsi genişləndikcə İran gah sanksiyaların ona heç bir təsirinin olmayacağını, gah da sanksiyalara sərt reaksiya verəcəyini bəyan edərək qeyri-müəyyən bir xətt aparır. Hörmüz boğazı gərginliyi bunun ən böyük sübutudur.
Bu mövzudakı son maraqlı açıqlamalardan biri ABŞ-ın Müdafiə naziri Leon Panettaya istinadən “Vaşinqton Post” qəzetində gündəmə gətirilən İsrailin yaxın aylarda mütləq İrana zərbə endirəcəyi iddiasıdır. Maraqlıdır ki, Panetta birbaşa bu barədəki suallara cavab verərkən iddianı nəinki təkzib etməyib, hətta dolayısıyla təsdiq edib.
Bu iddia elə bir mərhələdə gündəmə gətirilir ki, İran kəşfiyyatının üç ölkədə İsrail diplomatik korpusuna qarşı terror planının üstü açılır və İsrailin Müdafiə naziri Ehud Barak dünyanın İranla bağlı artıq hərbi varianta tam olaraq hazırlandığını deyir. Barakın sözlərinə görə, İranı yola gətirmək üçün “sonraya qalsın” deyənlər gecikəcəklər.
Dünən İranın dini lideri Əli Xamenei paytaxt Tehrandakı cümə xütbəsində İsrail və ABŞ-ın son hədələrini cavablarndırarkən gərginliyi daha da artıracaq açıqlamalar verdi. Xamenei iddia etmişdir ki, “İranı müharibəylə təhdid etmək ABŞ-ın zərərinədir, müharibə ABŞ-ın özünə on qat baha başa gələcəkdir”. Xamenei İsraili “xərçəng şişinə” oxşadıb və yaxın vaxtda kəsiləcəyini iddia edib. Xameneinin bu açıqlaması Qərb mətbuatında “meydan oxuma” kimi qiymətləndirilib.
Xatırladaq ki, bu son bəyanatlar İranın Hörmüzdə və yaxın quru ərazilərdə hərbi təlimlər keçirdiyi, ABŞ, Fransa və Böyük Britaniya hərbi dəniz qüvvələrinin Hörmüz boğazı ətrafında daha geniş təmsil olunmağa başladığı, ərəb dövlətlərinin isə İran neftindən müəyyən dərəcədə asılılığı olan ölkələrə “münasib qiymətlərlə” alternativ neft təklif etdiyi bir atmosferdə verilir.