Medvedevdən nüvə müharibəsi təhdidi

Rusiyanın Baş naziri Dmitri Medvedev 17 Mayda Sankt-Petersburqda “21-ci Əsrdə hüquq siyasəti: Qlobal...

İran müsəlman qonşularından nə istəyir

Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsə...

İranda əxlaqi dəyərlər sarsılır

İranın Səhiyyə Nazirliyinin yetkilisi bildirib ki, Tehran şəhərində spirtli içkilərin istifadəsi g...

Emənistanda parlamentinin strukturu bəlli oldu

    Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə 6 Mayda keçirilən  parlament seçkilərinin rəsmi ...

İranda hakimiyyət pilləsində yüksəlməyin tək yolu

İranda mövcud rejimin məsullarının müqəddəs İslam dininin adından öz şəxsi mənfəətləri üçün və çir...

  • Medvedevdən nüvə müharibəsi təhdidi

    18.05.2012 14:48
  • İran müsəlman qonşularından nə istəyir

    17.05.2012 13:50
  • İranda əxlaqi dəyərlər sarsılır

    15.05.2012 16:41
  • Emənistanda parlamentinin strukturu bəlli oldu

    14.05.2012 20:08
  • İranda hakimiyyət pilləsində yüksəlməyin tək yolu

    11.05.2012 18:40

Sorğu

Sizcə Yaxın Şərqdəki proseslər İrana necə təsir edəcək?

İranda da rejim dəyişəcək - 30%
İran sadəcə Əhmədinejaddan xilas olacaq - 10%
İrana təsiri olmayacaq - 10%
İranda rejim dəyişikliyindən də böyük proseslərə səbəb olacaq - 50%

Total votes: 10
The voting for this poll has ended on: 12 Okt 2011 - 09:59

Statistika

Ziyarətçilər
1
Məqalələr
1134
Məqalələrə baxış sayı
470657

Onlayn olanlar

İndi saytda 11 qonaq var və üzv yoxdur

İsraildən İranla bağlı ziddiyyətli fikirlər

 

İsrail rəsmiləri bu günlərdə İranla bağlı biri nisbətən yumşaq, digəriisə xeyli sərt iki açıqlama ilə çıxış ediblər. İsrailin Müdafiə Naziri Ehud Barak yerli “Haaretz” qəzetinə verdiyi geniş müsahibədə bəzi məqamlarla bağlı ölkəsinin rəsmi mövqeyinə zidd fikirlər səsləndirib. O bildirib ki, “İranın hətta nüvə silahına sahib olsa belə, nə İsrailə, nə də hər hansı digər qonşu dövlətə hücum etməyəcək”. Barak iranla bağlı ümumən rahatlıq içinə girməyin səhv olduğunu düşünsə də, məhz “nüvə təhlükəsinin şişirdilməməli olduğu” qənaəitini paylaşıb. Xatırladaq ki, İsrailin Baş Naziri Binyamin Netanyahunun bu barədəki fikirləri tam fərqlidir. Netenyahu hətta İranın nüvə silahın asahib olmaq istəyini “Faşist Almaniyasının kütləvi qırğın silahlarına sahib olmaq cəhdlərinə” oxşadıb.

Eyni zamanda İranın nüvə proqramı ilə bağlı olaraq dünyanın və eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinin ciddi tərəddüdlərə malik olduğunu, bu səbəbdən İrana ciddi sanksiyalar tətbiq olunduğunu da əlavə etmək lazımdır. Onu da qeyd edək ki, bu sanksiyalar da öz növbəsində həm İran ilə qonşularının münasibətlərində ciddi problemlər yaradır və çox sayda dövləti çıxılmaz vəziyyətdə qoyur, eyni zamanda İran iqtisadiyyatında ciddi problemlər yaradır ki, bu problemlərin çoxu sadə vətəndaşların gündəlik həyatlarına öz mənfi təsirlərini göstərir.

Digər tərəfdən İsrailin Baş Naziri Binyamin Netanyahu ABŞ-ın nüfuzlu CNN televiziya kanalına verdiyi müsahibəsində “Usamə Bin Ladinin öldürülməsindən sonar dünya üçün ən böyük təhlükənin Ayətullah Əli Xamenei olduğunu” iddia edib. Netanyahunun bu açıqlaması İran tərəfindən sərt etirazla qarşılanıb.

İran və İsrail rəsmilərinin birbirlərini sərt ifadələrlə günahlandırmaları, təhqir etmələri, hətta “ölkələrini xəritədən silməklə” təhdit etmələri alışılmış haldır. Ancaq ilk dəfədir ki, İsrailin bir rəsmisi bu qədər sərt ifadə işlədərkən, digər rəsmisi dünyanın da narahatlıq keçirdiyi bir məsələ barədə nisbətən yumşaq ifadə işlədir. Bu ola bilsin ki, İsrail daxilindəki fikir ayrılıqlarından ya da İranın gücünü böyütməmək taktikasından qaynaqlanır.