Rusiyanın Baş naziri Dmitri Medvedev 17 Mayda Sankt-Petersburqda “21-ci Əsrdə hüquq siyasəti: Qlobal...
Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsə...
İranın Səhiyyə Nazirliyinin yetkilisi bildirib ki, Tehran şəhərində spirtli içkilərin istifadəsi g...
Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə 6 Mayda keçirilən parlament seçkilərinin rəsmi ...
İranda mövcud rejimin məsullarının müqəddəs İslam dininin adından öz şəxsi mənfəətləri üçün və çir...
İndi saytda 11 qonaq var və üzv yoxdur

İran Əxlaq Polisinin rəisi Əhməd Ruzbəhani İRNA-ya verdiyi müsahibədə bildirib ki, İranda Əxlaq Polisinin sayı artırılaraq 70 min nəfərə çatdırılacaq. O bildirib ki, əxlaqi təhlükəsizlik layihəsinin icrası çərçivəsində “70 min nəfər İranın böyük və kiçik şəhərlərində insanların əxlaqi dəyərlərini nəzarətdə” saxlayacaq.
Qeyd edək ki, burda əxlaqi dəyərlər deyilərkən əsasən insanların geyiminə nəzarət nəzərdə tutulur. Əxlaq polisinin rəisi bildirib ki, bu ildən əxlaq polisi hicaba düzgün riayət etməyən qadınlarla sərt rəftar edəcək. Ruzbəhaninin sözlərinə görə əxlaq polisi daim qanunu pozanlarla mübarizə aparıb və bu mübarizə daha ciddi şəkildə davam etdiriləcək.
Son günlərdə havaların istiləşməsi ilə əlaqədar İranın böyük şəhərlərində qadınlar daha rahat paltarlar geyməyə üstünlik verir. Bu səbəbdən din xadimlərin bir çoxu qadınların rahat geyimindən narahat olaraq polisi buna mane olmamaqda ittiham və onları ciddi tənqid etmişdilər.
Xatırladaq ki, ilk illərində bu barədə xeyli sərt olan Əhmədinejad iqtidarı son illər hicab məsələsinə ciddi müdaxilə etmək istəmir. Bu səbəbdən İranda daha açıq və rahat paltar geyənlərin sayı artıb. Əvvəllər polis belə məsələlərə ciddi müdaxilə edərək açıq paltar geyənləri və ya “hicaba ciddi riayət etməyənləri” hətta həbs edərdi, lakin son zamanlar hüquq mühafizə orqanlarının bu barədə müdxiləsi azalıb. Bu isə din xadimlərin xoşuna gəlmir. Əhmədinejad isə onsuz da narazı olan xalqı “belə kiçik məsələlərə” görə daha da narazı salmaq istəmədiyindən din xadimlərin tapışırıqlarına ciddi əməl etmək istəmir. Parlament seçkilərinın qarşıda olduğunu nəzərə alsaq Əhmədinejad hakimiyyəti yenə də bu məsələyə ciddi əhəmmiyyət vermək istəməyəcəyini anlamaq mümkündür. Bu səbəbdən Əxlaq Polis Rəisinin belə çıxışları din xadimlərini sakitləşdirmək amacı daşıyan çağırışlar kimi dəyərləndirilməlidir.