Medvedevdən nüvə müharibəsi təhdidi

Rusiyanın Baş naziri Dmitri Medvedev 17 Mayda Sankt-Petersburqda “21-ci Əsrdə hüquq siyasəti: Qlobal...

İran müsəlman qonşularından nə istəyir

Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsə...

İranda əxlaqi dəyərlər sarsılır

İranın Səhiyyə Nazirliyinin yetkilisi bildirib ki, Tehran şəhərində spirtli içkilərin istifadəsi g...

Emənistanda parlamentinin strukturu bəlli oldu

    Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə 6 Mayda keçirilən  parlament seçkilərinin rəsmi ...

İranda hakimiyyət pilləsində yüksəlməyin tək yolu

İranda mövcud rejimin məsullarının müqəddəs İslam dininin adından öz şəxsi mənfəətləri üçün və çir...

  • Medvedevdən nüvə müharibəsi təhdidi

    18.05.2012 14:48
  • İran müsəlman qonşularından nə istəyir

    17.05.2012 13:50
  • İranda əxlaqi dəyərlər sarsılır

    15.05.2012 16:41
  • Emənistanda parlamentinin strukturu bəlli oldu

    14.05.2012 20:08
  • İranda hakimiyyət pilləsində yüksəlməyin tək yolu

    11.05.2012 18:40

Sorğu

Sizcə Yaxın Şərqdəki proseslər İrana necə təsir edəcək?

İranda da rejim dəyişəcək - 30%
İran sadəcə Əhmədinejaddan xilas olacaq - 10%
İrana təsiri olmayacaq - 10%
İranda rejim dəyişikliyindən də böyük proseslərə səbəb olacaq - 50%

Total votes: 10
The voting for this poll has ended on: 12 Okt 2011 - 09:59

Statistika

Ziyarətçilər
1
Məqalələr
1134
Məqalələrə baxış sayı
470654

Onlayn olanlar

İndi saytda 10 qonaq var və üzv yoxdur

İranda yeni problemlər

Mayın 9-da İran Nazirlər Kabineti bildirib ki, bezi nazirliklər birləşdirilərək yeni nazirliklər yaradılacaq. Məlumata görə, Yol və Nəqliyyat Nazirliyi ilə Tikinti və Şəhər Salma Nazirliyi, Enerji Nazirliyi ilə Neft Nazirliyi, Sənaye və Mədəniyyət Nazirliyi ilə Ticarət Nazirliyi və Sosial Təminat Nazirliyi ilə Əmək və Sosial İşlər Nazirlikləri birləşdirilərək 8 nazirlik yerinə 4 nazirlik qurulacaq.

İran parlamentinin təsdiqlədiyi “İran İR 5-ci beşillik inkişaf proqramı” layihəsinə görə qarşıda olan bu dövr ərzində İranda mövcud 21 nazirlik 17 nazirliyə endirilməlidir. Hökumət bir neçə nazirliyi birləşdirərək bu proqramı həyata keçirməlidir. Verilən bəzi məlumatlara əsasən prezident Əhmədinejad bu qanuna uyğun olaraq qeyd olunan nazirlikləri birləşdirərək bəzi nazirləri öz vəzifələrindən azad etmək barədə tapşırıq verib. Mehr Xəbər Agentliyinin məlumatına əsasən, Neft Naziri Məcid Namcu Həmid Çitçiyanı Enerji Nazirliyi ilə birləşmə prosesində öz nazirliyin səlahiyyətli nümayəndəsi təyin edilib. Xəbəronlayn saytı bildirib ki, neft naziri öz müavinləri ilə vidalaşaraq bu vəzifəni tərk edib.

Bu xəbəri eşidən millət vəkilləri təəccüblənərək məsələni parlamentin açıq iclasında müzakirəyə çıxarıblar. Parlamentin sədri Əli Laricani bu xəbərə münasibət bildirərək bəyan edib ki, “ölkədə qayda qanun var. Kimsə əlini-qolunu sallayaraq öz evinə gedə bilməz.” O bildirib ki, hökumət nazirliklərin birləşdirilməsi ilə bağlı qərarını parlamentə təqdim etməli və eyni zamanda yeni nazirliklərə nazirlərin təyin olunmasına parlament etimad göstərməlidir. Laricani əlavə edib ki, yeni nazirliklər yaranana və nazirlər təyin olunana qədər indiki nazirlər yerlərində qalaraq öz vəzifələrini yerinə yetirməlidilər. Laricani hökumətin özbaşına nazirlikləri birləşdirməsini də qanuna zidd hesab edib.

Ümumilikdə hökumətlə parlament arasındakı problemlər yeni mövzu deyil. Bu iki qurumun arasındakı fikir ayrılıqları bir neçə ildir davam edir. Hətta son zamanlarda Ayətullah Xamenei ilə prezident Əhmədinejad arasındakı fikir ayrılığı dünya gündəmini də məşğul edib.

Əhmədinejadın prezidentlik müddətinin başa çatmasına iki ildən bir az çox zaman qalır. İranda parlamentin prezidenti vəzifədən kənarlaşdırma səlahiyyəti də var. Lakin mövcud şərtlər daxilində prezidentə impiçment tətbiq etməklə vəzifədən azad etmək İranın daxili və xarici vəziyyətində gərginlik yarada bilər. Bu səbəbdən tərəflərin ehtiyatlı davrandığı  müşahidə olunur. Bunu dərk edən Əhmədinejad isə vəziyyətdən istifadə edərək və öz müstəqilliyini qorumaq məqsədi ilə daha çox risk edir.