Rusiyanın Baş naziri Dmitri Medvedev 17 Mayda Sankt-Petersburqda “21-ci Əsrdə hüquq siyasəti: Qlobal...
Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsə...
İranın Səhiyyə Nazirliyinin yetkilisi bildirib ki, Tehran şəhərində spirtli içkilərin istifadəsi g...
Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə 6 Mayda keçirilən parlament seçkilərinin rəsmi ...
İranda mövcud rejimin məsullarının müqəddəs İslam dininin adından öz şəxsi mənfəətləri üçün və çir...
İndi saytda 10 qonaq var və üzv yoxdur
İranin Ticarət, Mədən və Sənaye naziri Mehdi Qəzənfəri bildirib ki, subsidiyaların ləğv edilməsinin ikinci mərhələsində benzin, təbii qaz və bir sıra digər enerji daşıyıcılarının qiyməti artırılacaq. O, bildirib ki, bu qiymət artışı əhaliyə verilən nəğd subsidialardan çıxılacaq.
Hələlik qiymətlərin nə qədər artacağı barədə məlumat verilməyib. Lakin parlamentin spikeri bildirmişdir ki, enerji daşıyıcıların qiymətləri 20 faizdən çox artırıla bilməz.
Bu arada İranın İqtisadiyyat naziri Şəmsəddin Hüseyni bildirmişdir ki, enerji daşıyıcılarının qiymətlərinin artmasından əvvəl əhaliyə verilən subsidiyaların məbləği artırılacaq və bu ilin sonunda artırılmış subsidiyalar əhalinin bank hesablarına yatırılacaqdır. Nazir subsidiyaların nəğd verilməsi və enerji daşıyıcılarının bahalaşması siyasətini müdafiə edərək bildirmişdir ki, ötən il qiymətlər bahalaşdırılmasaydı indi istehlakçılara benzin çatdırmaq mümkün deyildi. O, bildirib ki, qiymətlərin bahalaşması benzin istehlakında 10 faiz azalmaya gətirib çıxarıb. Bu isə 15 milyard dollar qənaət deməkdir.
İranda 74 milyon nəfər nəğd subsidya alır. Hakimiyyət subsidiyaların verilməsində çətinlik çəkdiyindən 10 milyon nəfərə subsidiya verməkdən imtina etmək niyyətindədir. İlkin mərhələdə konüllülərin subsidiyasını dayandırmaq istənilir. Bu məqsədlə iqtisadi vəziyyəti yaxşı olan 10 milyon nəfərə məktub göndərərək onların subsidiyalardan imtina etmələrini istəyir. Onların razılaşmadığı halda bu məcburi şəkildə aparılacaqdır. Parlamentin sədri Əli Laricani bildirib ki, bu qanuna ziddir və nəğd subsidiyalar İran vətəndaşı olan hər bir kəsə verilməlidir.
Göründüyü kimi, iqtisadi böhran İranın daxili iqtisadi sistemində problemli mənzərə yaradır.