Rusiyanın Baş naziri Dmitri Medvedev 17 Mayda Sankt-Petersburqda “21-ci Əsrdə hüquq siyasəti: Qlobal...
Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsə...
İranın Səhiyyə Nazirliyinin yetkilisi bildirib ki, Tehran şəhərində spirtli içkilərin istifadəsi g...
Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə 6 Mayda keçirilən parlament seçkilərinin rəsmi ...
İranda mövcud rejimin məsullarının müqəddəs İslam dininin adından öz şəxsi mənfəətləri üçün və çir...
İndi saytda 10 qonaq var və üzv yoxdur
Fevralın 19-da İranın təhlükəsizlik qüvvələri ayətullah Montəzerinin oğlu Əhməd Montəzerinin evinə hücum edərək evdə axtarış aparıb və bir sıra sənədlərlə ev əşyalarını zəbt ediblər. Həmçinin, onlar ofis kimi istifadə olunan evin bir hissəsini möhürləyərək əhalinin ora müraciət etməsinə maneçilik yaradıblar.
Əhməd Montəzeri bu barədə xarici radiolara müsahibə verərək bildirib ki, təhlükəsizlik qüvvələri bələdiyyə məmurları adı ilə evə müraciət ediblər. Qapını açdıqdan sonra isə onlar içəri daxil olub və heç bir söz söyləmədən axtarış aparıb, eləcə də bəzi əşyaları zəbt edərək özləri ilə aparıblar. Sonra evin bir otağını möhürləyərək əhalinin dini məsələlər üçün müraciət etməsinə qadağa qoyublar”.
Qeyd edək ki, ayətullah Montəzerinin ofisi 9 ay əvvəl də möhürlənmişdir. Onun əşyaları, o cümlədən möhürü, CD-ləri, pul və digər qiymətli əşyaları, eləcə də kitabları zəbt edilmişdir. Məmurlar Montəzerinin dəftərxanasının qapısını qaynaqla bərkidib və ora daxil olmağı qadağan ediblər. Montəzerinin dəftərxanasının bağlanmasına “Din xadimləri Məhkəməsi” qərar vermişdir. Əhməd Montəzerinin dediyinə görə onun evinə gələn məmurlar da “Din Xadimləri Məhkəməsinin” qərarın göstəriblər.
Son günlərdə Əhməd Montəzeri ali dini rəhbər ayətullah Əli Xameneiyə məktub ünvanlayaraq ölkədə olan vəziyyətlə bağlı xəbərdarlıq vermişdi. O, məktubda bildirmişdir ki, ölkənin dağılmasının, parçalanmasının və viran qalmasının qarşısını almaq ali dini rəhbərin vəzifəsidir. Onun bildirdiyinə görə, məktuba cavab verilməsə də təhlükəsizlik qüvvələri ona bildiriblər ki, belə məktubların yazılması İslam Respublikasının əleyhinə və hakimiyyətin zəifləməsinə gətirib çıxara bilər. Ehtimal olunur ki, Montəzeriyə qarşı təzyiqlər onun siyasi baxışına və hakimiyyətə qarşı tənqidi düşüncələrinə görə baş verir.