Rusiyanın Baş naziri Dmitri Medvedev 17 Mayda Sankt-Petersburqda “21-ci Əsrdə hüquq siyasəti: Qlobal...
Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsə...
İranın Səhiyyə Nazirliyinin yetkilisi bildirib ki, Tehran şəhərində spirtli içkilərin istifadəsi g...
Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə 6 Mayda keçirilən parlament seçkilərinin rəsmi ...
İranda mövcud rejimin məsullarının müqəddəs İslam dininin adından öz şəxsi mənfəətləri üçün və çir...
İndi saytda 7 qonaq var və üzv yoxdur
“OSG” gəmiçilik qrupu , “Frantlayn” şirkəti və bir sıra digər önəmli neft daşıyan şirkətlər bildirib ki, bundan sonra İranın xam neftinin nəqliyyat işləri ilə məşğul olmayacaqlar. Qeyd edək ki, “OSG” qrupunun mərkəzi Nyu York şəhərində yerləşir və bu qrupun neft daşıyan 45 ədəd super gəmisi var. “Frantlayn” və “Nva” şirkətləri isə birlikdə 93 ədəd neft daşıyan gəmiyə malikdir. Bu şirkətlər artıq İran neftinin daşıması əməliyyatlarıni yerinə yetirməyəcək.
İndiyə qədər ABŞ və AB İranın nüvə proqramını dayandırmaq məqsədi ilə bir çox sanksiyalar tətbiq etsə də, beynəlxalq sığorta və yükdaşıma sektorunun bir çox dolayısı qanunlarına görə buna çox da nail ola bilməmişdir. ABŞ və AB ölkələrinin bir çox böyük şirkətləri xarici ölkələrdə yerləşdiyindən onlara nəzarət çətin idi. Lakin indi İran neftinə və İranın neft məhsullarını daşıyan gəmilərə sığorta verən şirkətlərə qarşı sanksiyaların tətbiqi İranla işləyən şirkətləri həqiqi mənada çətin və çıxılmaz vəziyyətdə qoyur. Bu səbəbdən artıq belə şirkətlər İranla əməkdaşlılqdan imtina edir.
Qeyd edık ki, neft daşıyan şirkətlərin 95%-nin sığortası AB qanunlarına görə aparılır. Bu səbəbdən bundan sonra İran neft ixracatında beynəlxalq neft daşıyan şirkətlərin xidmətlərindən yararlana bilməyəcəkdir. Son həftələrdə bir çox beynəlxalq şirkətlərin İran neftini daşımaqdan imtina etməsi də bu səbəbdən baş verir.
Bundan əlavə, İran dəmir daşının (mədən daşı) ixracında da problemlərlə üzləşib. İrandan dəmir daşı idxal edən ölkələr ABŞ və AB şirkətləri ilə əməkdaşlığı əldən verməmək üçün İrandan bu məhsulun idxalını dayandırıblar. İran dünyada dəmir daşının ixracına görə 6-cı yeri tutur. Təkcə Cinə ildə 16 milyon ton dəmir daşı ixrac edilir. Çin İrana qarşı tətbiq edilən sanksiyalara qatılsa, demək olar ki, İranın bu iqtisadi sektoru tamamilə tənəzzül edəcəkdir. Artıq AB sənaye müəssisələri İrandan bu məhsulu almaqdan imtina edib. Bəzi məlumatlara görə, Çin mart ayının sonlarına yaxın İrandan dəmir daşının idxalını dayandıracaqdır. Bu addım İranın dəmir daşının keyfiyyəti ilə izah edilsə də, əslində sanksiyaların nəticəsi kimi görünür.
Bu arada Çinin Xarici İşlər nazirinin köməkçısı Ma Zhaoxu İrana səfər edib. Onun səfərinin məqsədi İran rəsmilərini BAEA ilə müzakirələrə başlamağa çağırmaqdır. Çinli yetkili bildirib ki, onun bu səfərdə əsas məqsədi İranla “Nüvə proqramı barədə ciddi müzakirələr” aparmaq və İranı “danışıqlara çağırmaq” olmuşdur. İran mətbuatı bu barədə geniş məlumat verməsə də, Zhaoxunun İrana səfəri barədə xəbərlər dərc edilmişdir.
Son aylarda ABŞ və AB İrana qarşı sanksiyaları genişləndirib. Bir sıra ölkələr İran və Qərb arasında vasitəçilik etmək məqsədi ilə ciddi diplomatik fəaliyyətlərə başlayıb. Çin İranın nüvə məsələsinin diplomatik yollarla həll olunmasının tərəfdarıdır. Bu səbəbdən İrana qarşı sanksiyalara çox da müsbət baxmır.
İrana qarşı sanksiyalar nəticəsində ölkənin valyuta ehtiyatlarının azalacağı ehtimal olunur. İranın xarici ticarət əlaqələrində problemlərin ortaya çıxması, idxal mallarının ölkəyə gətirilməsində və nəqliyyatında çətinliklərin yaranması sanksiyaların nəticəsidir. Artıq sığorta şirkətləri İrana mal aparan gəmiləri sığortalamır və İran xaricdən aldığı malların pulunu heç bir bank vasitəsi ilə ödəyə bilmir. Bu səbəblərdən İran gün-gündən özünün ticarət şəriklərini itirməyə başlayır.