Rusiyanın Baş naziri Dmitri Medvedev 17 Mayda Sankt-Petersburqda “21-ci Əsrdə hüquq siyasəti: Qlobal...
Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsə...
İranın Səhiyyə Nazirliyinin yetkilisi bildirib ki, Tehran şəhərində spirtli içkilərin istifadəsi g...
Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə 6 Mayda keçirilən parlament seçkilərinin rəsmi ...
İranda mövcud rejimin məsullarının müqəddəs İslam dininin adından öz şəxsi mənfəətləri üçün və çir...
İndi saytda 7 qonaq var və üzv yoxdur
Fevralın 9-da Hindistan rəsmiləri bildirmişlər ki, İranla ticarət münasibətlərini genişləndirmək niyyətindədirlər. Elə bundan bir gün sonra fevralın 10-da Avropa Birliyi (AB) Hindistan rəsmilərindən istəyib ki, İranla olan münasibətlərdən istifadə edərək bu ölkəni müzakirələri başlamağa məcbur etsinlər.
Hindistan İrandan böyük həcmdə neft idxal edən ölkələrdən biridir. Bu ölkənin İranla ticarət münasibətləri davamlı və geniş olduğu halda Qərbin İrana qarşı sanksiyalarının təzyiqlərini bir həddə qədər azalda bilər.
Hindistan rəsmiləri Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində yaranan boşluqdan istifadə edərək bu ölkə ilə ticari əlaqələri genişləndirməyə çalışır. Bu məqsədlə yaxın günlərdə Hindistanın böyük iqtisadi heyyəti İrana gedəcək.
Hindistan dövlətinin bu qərarından sonra Avropa Birliyinin rəhbəri Herman Van Rampoy cümə günü mətbuat kofransı keçirərək Hindistan rəsmiləri ilə görüşü barədə məlumat verib. O, Hindistan-İran münasibətlərinin inkişafına işarə etməsə də, İranın nüvə proqramı ilə bağlı Qərb dövlətlərinin narahatlığını dilə gətirib və Hindistan dövlətindən istəyib ki, İranla olan münasibətlərdən istifadə edərək bu ölkəni danışıqlara razı salsın.
Hindistanın Baş naziri Avropa Birliyinin rəhbərinin bu təklifinə bir başa cavab verməsə də, öz çıxışında bildirib ki, İranın nüvə proqramı bir sıra problemlər yaradıbdır. O, bildirib ki, Hindistan Yaxın Şərqdə sabitliyi qorumaq üçün müəyyən nüfuza malikdir və İranla bağlı yaranmış nüvə probleminin diplomatik yolla həll edilməsinin tərəfdarıdır.
Xatırladaq ki, Hindistan son zamanlar İrandan aldığı xam neftin pulunu qaytarmaqda problemlərlə üzləşib. Sanksiyalarla əlaqədar İrana veriləcək pulları hər hansı bir bank vasitəsi ilə ödəmək mümkün olmur. Bu səbəbdən iki ölkə arasında borcları qaytarmaq problemi yaranıb və bu məsələyə hələlik heç bir həll yolu tapılmayıb. Hindistan və İran arasında bu borcların 45%-ni rupi, 55 %-ni isə dollar şəkildə ödənməsi razılığı əldə edilib. Lakin İran tərəfi 45% rupi ilə Hindistanda yatırım kimi yox, yalnız istehlak malları ala bilər. İran Hindistandan çay, düyü, taxıl və dəmir məmulatları idxal edə bilər.
İndiki mərhələdə isə Hindistanın AB-İran gərginliyində tutacağı mövqe əhəmiyyət daşıyacaqdır. Çünkü ABŞ, BMT və AB tərəfindən qəbul edilən sanksiya qərarlarını dəstəkləyən dövlətlərin sayı artır. Hətta İrana yaxın sayılan Çin də digər Körfəz ölkələri ilə neft ticarətini genişləndirməyə çalışır. Hindistanın AB ilə ticarəti də bu ölkə üçün əhəmiyyətli olduğundan onun AB-nin istəklərinə müəyyən dərəcədə əməl etməsi mümkündür. Bu isə İranı xeyli çətin vəziyyətə sala bilər.