Rusiyanın Baş naziri Dmitri Medvedev 17 Mayda Sankt-Petersburqda “21-ci Əsrdə hüquq siyasəti: Qlobal...
Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsə...
İranın Səhiyyə Nazirliyinin yetkilisi bildirib ki, Tehran şəhərində spirtli içkilərin istifadəsi g...
Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə 6 Mayda keçirilən parlament seçkilərinin rəsmi ...
İranda mövcud rejimin məsullarının müqəddəs İslam dininin adından öz şəxsi mənfəətləri üçün və çir...
İndi saytda 9 qonaq var və üzv yoxdur
Fevralın 10-da Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi polkovnik Aleksey Zolotuxin rəsmi Moskvanın raket əleyhinə müdafiə sistemləri planına dair mediaya bəzi önəmli açıqlamalar verib. O, açıqlamasında Fevralın 11-də Leninqrad vilayətinin Lextusi qəsəbəsində növbəti və sayca 3-cü yeni nəsil radiolakasiya stansiyasının istifadəyə veriləcəyini bildirib. Xatırladaq ki, daha əvvəl də “Voronej-DM” tipli müasir radiolakasiya stansiyaları Kalininqrad Vilayəti ilə Krasnodor bölgəsinə yerləşdirilmişdi. Rusiya Müdafiə Nazirliyinin rəsmisi yaxın dövrlərdə İrkutsk vilayətində də müasir tipli radiolakasiya stansiyasının istismara verilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edək ki, “Voronej-DM” tipli müasir radiolakasiya stansiyaları 6 min km radius ətrafında raket hücumunu müəyyənləşdirmə və Mokvadakı mərkəzi sistemə bu barədə lazımı məlumatları sürətlə ötürmə imkanına malikdir.
Polkovnik Zolotuxin bu prosesin Rusiyanın raket hücumundan müdafiə sisteminin qabliyyətinin artırılması planı çərçivəsində aparıldığını açıqlayıb. O, bu plan çərçivəsində Rusiyanın müxtəlif bölgələrinə yeni radiolakasiya stansiyalarını qurulmasına davam ediləcəyini və əlavə 5 yeni stansiyanın qurulmasının nəzərdə tutulduğunu elan edib. Rus rəsmisi bu stansiyaların Peçora, Barnaul, Yeniseysk, Omsk və Murmansk şəhərlərinin rayonlarına yerləşdirilə biləcəyini vurğulayıb.
Rusiya rəsmisinin bu açıqlaması Qərblə Rusiyanın raket əleyhinə müdafiə sistemi qurma istiqamətindəki müzakirələrdəki ziddiyətlərlə yaxından əlaqəlidir. Xatırladaq ki, Rusiya ABŞ-ın İrana qarşı Avropada RƏMS qurmaq istiqamətindəki addımlarını özünə qarşı təhlükə kimi qiymətləndirməkdədir. Bu çərçivədə rəsmi Moskva özünün hava hucumundan müdafiə sistemini gücləndirici addımlar atır. Rusyanın sərhəd bölgələrinə yeni nəsil radiolakasiya stansiyaları yerləşdirmək də bu addımlardan biri hesab olunur.