Rusiyanın Baş naziri Dmitri Medvedev 17 Mayda Sankt-Petersburqda “21-ci Əsrdə hüquq siyasəti: Qlobal...
Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsə...
İranın Səhiyyə Nazirliyinin yetkilisi bildirib ki, Tehran şəhərində spirtli içkilərin istifadəsi g...
Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə 6 Mayda keçirilən parlament seçkilərinin rəsmi ...
İranda mövcud rejimin məsullarının müqəddəs İslam dininin adından öz şəxsi mənfəətləri üçün və çir...
İndi saytda 9 qonaq var və üzv yoxdur
Rusiya Xarici İşlər naziri Əsədın Suriyadakı bütün siyasi güclərlə dialoqa hazır olduğunu da elan edib. Lavrov Əsədın Ərəb Ölkələri Liqasının vasitəçilik missiyasının genişlədilməsini də istədiyini və bu açıqlamanı dəstəklədiklərini bildirib. Rusiyalı nazir hər bir ölkə liderinin öz məsuliyyətini dərk etməsinin vacibliyini də qeyd edib. “Rusiyanın səsi” radiosu isə Əsədin dəyişən dünya və regonda tarazlığa ehtiyac olduğunu və Rusiyanın bu konteksdə oynadığı rolun önəmini vurğuladığını bildirib. Suriya lideri “dost Rusiyaya yük olmak istəmədiyini də” açıqlayıb.
Fevralın 7-də Suriyaya səfər edən Rusiya nümayəndə heyəti həmin ölkədə aparılmış müzakirələrlə baglı ilk açıqlamasını vermişdir. Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə RF-nin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Mixail Fradkovdan ibarət rusiyalı heyət Suriya prezidenti Bəşər Əsədlə görüşmüşdür. Görüşdən sonra Lavrov verdiyi açıqlamada Suriya liderinin güc istifadəsinə və zorakılığa qarşı olduğunu bildirib.
Xatırladaq ki, Rusiya nümayəndə heyətinin Suriya səfəri bu ölkədə vəziyyətin get-gedə gərginləşməsindən və rəsmi Moskvanın Pekinlə birlikdə növbəti dəfə BMT-də veto haqqından istifadə etməsindən sonra baş vermişdir. Rusiya bu addımı ilə həm Suriya məsələsində fəal rol oynamağa, həm də veto sonrası Qərblə münasibətləri kəskinləşdirməməyə çalışır. Bu arada Rusiyanın vasitəçilik cəhdi Suriya müxalifəti tərəfindən də müsbət qarşılanıb. Əsəd rejiminə müxalif Suriya Milli Şurası üzvülərindən Corc Sabra Rusiyanın Suriya ilə yaxşı münasibətləri səbəbiylə bu prosesdə müsbət rol oynaya biləcəyini bildirib.