Rusiyanın Baş naziri Dmitri Medvedev 17 Mayda Sankt-Petersburqda “21-ci Əsrdə hüquq siyasəti: Qlobal...
Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsə...
İranın Səhiyyə Nazirliyinin yetkilisi bildirib ki, Tehran şəhərində spirtli içkilərin istifadəsi g...
Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə 6 Mayda keçirilən parlament seçkilərinin rəsmi ...
İranda mövcud rejimin məsullarının müqəddəs İslam dininin adından öz şəxsi mənfəətləri üçün və çir...
İndi saytda 8 qonaq var və üzv yoxdur
İrandan gələn xəbərlərə görə, son iki həftədə bu ölkənin cənub bölgəsindəki Xuzestan vilayətində bir sıra iğtişaşlar baş verib. İğtişaşlar nəticəsində 3 nəfər öldürülüb və 49 nəfər həbs edilib. Ölənlərin hər Üçünün zindandakı işgəncələr nəticəsində həlak olduğu bildirilir.
Məlumatlara görə, bir qrup gənc gələcək parlament seçkilərini boykot etməklə bağlı təbliğat aparıb. Onlar əhalini seçkilərdə iştirak etməməyə və parlament seçkilərini qəbul etməməyə çağırıb. Bu cəhd polislə xalq arasında toqquşmaya səbəb olub. Əhvaz İnsan Hüquqları Təşkilatının verdiyi məlumatda bildirilir ki, toqquşmalar Xuzestanın Şuş şəhərindən başlayıb. Qurumun verdiyi məlumata görə, bir qrup gənc seçkiləri boykot etməklə bağlı şəhərin divarlarına elanlar yapışdırıb. Polis bu məsələni bəhanə edərək milli fəalların evlərinə hücum edib və onlardan bir neçəsini saxlayıb. Şəhər əhalisi bu hadisələrə etiraz edərək polislə toqquşub. Daha sonra iğtişaşlar Həmidiyyə şəhərinə çəkilib və polis bu şəhərdə də bəzi milli fəalları həbs edib. Həmidiyyə şəhərinin bir sıra məktəblərinin direktorları da həbs edilənlər arasındadır. Əhvaz İnsan Hüquqları Təşkilatının verdiyi məlumatda o da bildirilir ki, iğtişaşlar zamanı həbs olunanlardan 3 nəfəri polis və təhlükəsizlik qüvvələri tərəfindən işgəncələr nəticəsində həlak olub. Təşkilat onların adları və kimlikləri barədə məlumat verib.
Hadisə barədə Xuzestan vilayətinin yerli informasiya mənbələri də məlumat verib. Mənbələr həbs olunanların sayının 49 nəfər olduğunu təsdiqləyib və ölənlərin kim olduğu barədə məlumatları dərc ediblər. Hadisələrdən sonra Xuzestan vilayətininn bir sıra şəhərlərində komendant saatı elan edilib. Həbslər zamanı SEPAH-ın bir keçmiş zabiti də həbs edilib.
Qeyd edək ki, İranda bir neçə həftə sonra keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik artır. Artıq bir çox islahatçı müxalif qüvvələr seçkilərə qatılmaqdan imtina ediblər. Onlar rəsmi şəkildə seçkiləri boykot etməsələr də seçkilərə qatılmayacaqlarını bildiriblər. Etnik problemlərin olduğu bir çox vilayətlər isə İranda keçirilən seçkilərdə iştirak baxımından passivlik nümayiş etdirirlər. Xatırladaq ki, İranda ərəblər, türklər, kürdlər və bəluçlar bir neçə ildir ki, öz hüquqlarını tələb edir və mərkəzi hakimiyyətin ayrıseçkiliyinə qarşı mübarizə aparır. Lakin indiyə qədər hakimiyyət onların etirazlarına və tələblərinə etinasız yanaşıb. Bu çərçivədə etnik qüvvələr də seçkilərə qatılmaq üçün maraqlı görünmürlər. Lakin onların kütləvi təbliğat vasitələri olmadığından belə təbliğatları gizli şəkildə aparırlar. Hakimiyyət bu seçkilərə rejimin məşruiyyəti baxımından çox mühüm proses kimi baxdığından belə gizli təbliğatları rejimin əleyhinə olan təbliğat kimi dəyərləndirir. Bu səbəbdən sərt münasibət göstərir.