Rusiyanın Baş naziri Dmitri Medvedev 17 Mayda Sankt-Petersburqda “21-ci Əsrdə hüquq siyasəti: Qlobal...
Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsə...
İranın Səhiyyə Nazirliyinin yetkilisi bildirib ki, Tehran şəhərində spirtli içkilərin istifadəsi g...
Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə 6 Mayda keçirilən parlament seçkilərinin rəsmi ...
İranda mövcud rejimin məsullarının müqəddəs İslam dininin adından öz şəxsi mənfəətləri üçün və çir...
İndi saytda 8 qonaq var və üzv yoxdur
BMT-nin Baş Katibi Pan Ki Mun bu gün Rusiyaya səfərə başlayıb. Onun aprelin 23-ə qədər davam etməsi nəzərdə tutulan bu səfərində Rusiya rəhbərliyi ilə xüsusilə nüvə təhlükəsizliyi və Liviyadakı vəziyyəti müzakirə etməsi gözlənilir. Kremldən verilən məlumata görə, BMT Baş Katibi aprelin 22-də Rusiya Prezidenti Dmitri Medvedevlə görüşəcək. Bundan başqa Pan Ki Munun Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla da “beynəlxalq təhlükəsizliyə dair aktual məsələləri” müzakirə edəcəyi bildirilir. Ümumilikdə Baş Katibin Rusiya səfərində Liviyadakı hadiəsələrin, Yaxın Şərqdəki sülh danışıqlarının və Yaponiyadakı fəlakətin nəticələrinin müzakirə edəcəyi gözlənilir.
Diqqəti cəlb edən bir digər məqam Ban Ki Munun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Daimi Şurasının genişləndilmiş iclasında iştirak etməsi olacaq. BMT Baş Katibinin KTMT Baş Katibi Nikolay Bordyujla da danışıqlar aparması nəzərdə tutulur. BMT Baş Katibin bu səfərinin əsas məqsədinin başda Liviya və Yaxın Şərq olma üzrə aktual problemlərdə Rusiyanın müsbət rol oynamağa təşviq etmək olduğu ehtimal edlilr. Xatıladaq ki, Rusiyanın Liviyaya dair mövqeyində müəyyən sərtləşmələr müşahidə edilməkdədir. Belə ki, Xarci İşlər Naziri Lavrov Ban Ki Munun Rusiyaya səfərinin başladığı gün Liviyadakı vəziyyətdən narazı olduqlarını bildirib.