Medvedevdən nüvə müharibəsi təhdidi

Rusiyanın Baş naziri Dmitri Medvedev 17 Mayda Sankt-Petersburqda “21-ci Əsrdə hüquq siyasəti: Qlobal...

İran müsəlman qonşularından nə istəyir

Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsə...

İranda əxlaqi dəyərlər sarsılır

İranın Səhiyyə Nazirliyinin yetkilisi bildirib ki, Tehran şəhərində spirtli içkilərin istifadəsi g...

Emənistanda parlamentinin strukturu bəlli oldu

    Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə 6 Mayda keçirilən  parlament seçkilərinin rəsmi ...

İranda hakimiyyət pilləsində yüksəlməyin tək yolu

İranda mövcud rejimin məsullarının müqəddəs İslam dininin adından öz şəxsi mənfəətləri üçün və çir...

  • Medvedevdən nüvə müharibəsi təhdidi

    18.05.2012 14:48
  • İran müsəlman qonşularından nə istəyir

    17.05.2012 13:50
  • İranda əxlaqi dəyərlər sarsılır

    15.05.2012 16:41
  • Emənistanda parlamentinin strukturu bəlli oldu

    14.05.2012 20:08
  • İranda hakimiyyət pilləsində yüksəlməyin tək yolu

    11.05.2012 18:40

Sorğu

Sizcə Yaxın Şərqdəki proseslər İrana necə təsir edəcək?

İranda da rejim dəyişəcək - 30%
İran sadəcə Əhmədinejaddan xilas olacaq - 10%
İrana təsiri olmayacaq - 10%
İranda rejim dəyişikliyindən də böyük proseslərə səbəb olacaq - 50%

Total votes: 10
The voting for this poll has ended on: 12 Okt 2011 - 09:59

Statistika

Ziyarətçilər
1
Məqalələr
1134
Məqalələrə baxış sayı
470640

Onlayn olanlar

İndi saytda 8 qonaq var və üzv yoxdur

İsrail və İrandan növbəti müharibə səsləri

Wikileaks tərəfindən sızdırılan yeni sənədlər İsrail ilə İran arasında müharibə sədalarının yenidən yüksəlməsinə səbəb olub. Açıqlanan sənədlərə görə, 2007-ci ildə İsraildə milli birlik hökuməti qurulması üçün təşəbbüslər davam edərkən, İrana hücum barədə razılığın milli birlik hökumətinin qurulması üçün baza təşkil edə biləcəyi razılaşdırılıb. Belə ki, İsrailin hazırkı Baş Naziri və Likud Partiyasının lideri Binyamin Netanyahu ilə o vaxtkı Baş Nazir və Kadima Partiyası lideri Ehud Olmert arasındakı birlik müzakirələrində İrana hücuma başlamaq barədə razılıq müzakirələri aparılırmış. İddiaya görə Netenyahunun bu barədəki şərtlərinə Olmert razılıq verə biləcəyini deyibmiş. Son günlərdə bu məlumatla yanaşı İsrailin İranın nüvə obyektlərinə zərbələr endirə biləcəyinə dair xəbərlər də yayılıb.

 

Məlumatın açıqlanmasından dərhal sonra isə İranın BMT-dəki Daimi Nümayəndəsi İshaq Əli Həbib Təhlükəsizlik Şurasının iclasında çıxış edərək BMT-ni “İsrailin toxunulmazlığına son verməyə” çağıırıb. İshaq Əli Həbib İsraili Qəzzədə “cinayətlər törətməklə”, BMT-ni isə buna göz yummaqla günahlandırıb. İslam İnqilabının Mühafizəçiləri Korpusunun (İİMK) Komandanı Məhəmməd Əli Cəfəri isə bildirib ki, İsrail və ABŞ-ın Yaxın Şərqdəki hərbi bazaları İran raketlərinin mənzilində yerləşir. O, “ölkəsinin hərbi qüdrətinin getdikcə artmasından” da danışıb. Aprelin 22-də cümə namazı xütbəsindən öncə xalqa müraciət edən İİMK komandan vəkili Hüseyin Səlami də “düşmənin bütün hərəkətlərinin onların nəzarəti daxilində olduğunu və heç bir düşmənin İrana zərbə vurmağa cəsarət edə bilməyəcəyini” bildirib. Səlami regionda “İslam inqilabı havasının əsdiyini” və bunun bölgədə ciddi dəyişikliklər yaradacağını iddia edib.
İran və İsrailin bir birlərinə meydan oxumaları, hətta bunu hərbi bəyanatlar şəklində ifadə etmələri artıq alışılmış bir haldır. Amma, son zamanlarda İsrailin regional təhlükəsizlik, İranın isə daxili siyasətində yaşadığı problemlər (rejim böhranı) səbəbi ilə bu cür bəyanatlarını artırması diqqət çəkir. Hər iki dövlətin öz maraqlarını təmin etmək naminə müəyyən mərhələdə gərginliyi dərinləşdirmə niyətində olduqlarlarının işarələrini verirlər. Məsələn, İran rejim böhranı ilə yanaşı ərəb ölkələri ilə münasibətlərinin daha da pisləşməsinin qarşısını almaq və Ərəb dünyasında imiucini yaxşılaşdırmaq, İsrail isə Qərbi “İran məsələsini birdəfəlik həll etməyə” razı salmaq marağında da ola bilər. Amma, bu istiqamətdə başlayacaq prosesin gedişatını proqnozlaşdırmaq istənilən dövlət üçün çox çətindir. İstənilən halda gərginliyin artması region üçün də, bölgədə maraqları olan kənar böyük güclər üçün də ciddi risklər də yardacaqdır. Bu mənada xüsusilə regiondakı kiçik dövlətlər qeyd olunan istiqamətdəki proseslərin gedişatına diqqətli yanaşmalı və riskləri minimuma endirməlidirlər.